XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Soyuq qışda yerini dəyişən futbolçular
İdman 14:00 / 13.01.2020


Yeni ilin gəlişi ilə idman aləmində də yeni bir təqvim açıldı. İdman aləmindən söz düşmüşkən, ən maraqlı hadisələr məhz futbolda baş verir. Ən diqqətçəkən xəbərlərdə futbolla bağlı olur. Azarkeşlərin səbrsizliklə gözlədiyi idman hadisələrindən biri təbii ki, yanvar ayında açılan qış transfer pəncərəsidir. Qəbul olunmuş qaydalara əsasən ayrı-ayrı futbol çempionatlarında iştirak edən komandalar yaranmış fasilədən istifadə edərək, öz heyətlərini gücləndirməyə çalışırlar. Artıq qitənin ən güclü klubları öz skaut və agentlərini səfər ediblər. Məqsəd yeni ildə daha güclü heyəti formalaşdırmaq və futbolçu satışından yüksək gəlir götürməkdən ibarətdir. "Olimpiya dünyası” çoxsaylı oxucularının müraciətini nəzərə alaraq, bu saydan etibarən aparıcı klubların transfer etdiyi futbolçuların siyahısını təqdim edəcək. Bu təqdimat təkcə qış transfer pəncərəsinin bağlanması ilə bitməyəcək. Çalışacağıq ki, oxucularımıza vaxtaşırı futbolçu transferləri bağlı xəbərləri təqdim edək.
Qeyd edək ki, hazırda pəncərənin açılmasından daha çox İtaliya və Almaniya klubları yararlanmağa çalışır. Fasiləsiz davam edən İngiltərə premyer liqası da digərlərindən geri qalmır. İspaniyanın aparıcı klubları isə azarkeşlər üçün yeni sürprizlərə hazırlaşır. Qış transfer pəncərəsinin açıldığı vaxtdan etibarən yerləri dəyişən futbolçuları sizə təqdim edirik.

19814 oxunub

InvestAZ