XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Tokio-2020 Olimpiadasının məşəl estafetinə mart ayında start veriləcək
İdman 11:42 / 13.01.2020

Yaponiyada keçiriləcək XXXII Yay Olimpiya Oyunlarının məşəl estafetinə martın 12-də start veriləcək. Bu barədə qurumun İcraiyyə Komitəsinin Lozannada keçirilən illik hesabat yığıncağında bildirilib. Olimpiadanın vətəni olan Yunanıstanda alovlandırılacaq məşəli ümumilikdə, 10 min nəfər daşıyacaq. Estafet martın 26-da Fukusimadan davam edəcək və 121 gün ərzində Yaponiyanın bütün 47 prefekturasını gəzəcək.
Xatırladaq ki, Tokio-2020 Yay Olimpiya Oyunları bu il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.

17723 oxunub

InvestAZ