XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



Qocaman ali təhsil ocağının idman uğurları
İdman 17:31 / 07.01.2020


Ölkəmizdə idman inkişaf etdikcə onun maddi-texniki bazası da möhkəmləndirilir. Ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikanın regionlarında 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilib. 2018-ci ildə Lənkəran şəhərində Olimpiya İdman Kompleksi istifadəyə verilib. 3 Olimpiya İdman Kompleksinin (Neftçala OİK, Tərtər OİK, Goranboy OİK) və 2 İdman Kompleksinin (Yardımlı İK, Qala İK) tikintisi davam etdirilir. Beyləqan OİK isə artıq açılışa hazırdır. Yevlax Olimpiya İdman Kompleksinin layihələndirilməsi başa çatdırılıb. Günəşli qəsəbəsində yeni şahmat məktəbi, Buzovna qəsəbəsində isə idman zalı tikilib istifadəyə verilib. 8 idman zalının tikintisi davam etdirilir”. Habelə, səmərəli məşq üçün hər cür şərait olan, ən müasir beynəlxalq standartlara cavab verən yeni-yeni qurğular istifadəyə verilir.
Belə sağlamlıq zonalarından biri də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman bazalarıdır.
Akademiyanın rektoru Fuad Hacıyev deyir: "Bədən tərbiyəsi və idmana dövlətin diqqət və qayğısı sahəsində ölkəmizdə gənc nəslin sağlam ruhda böyüyüb tərbiyə olunması, ölkədə bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, yüksək dərəcəli idmançıların hazırlanması, Olimpiya hərəkatının genişləndirilməsi, idmanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Akademiyanın ixtisasçı tələbələri beynəlxalq yarışların keçirilməsi sahəsində böyük uğurlar qazanmışdır. Müxtəlif idman növləri üzrə dünya və qitə çempionatlarının, dünya kuboku yarışlarının Azərbaycana salınması artıq ənənə şəklini almışdır”.
Avropa Oyunlarında mükafat qazanmış Azərbaycan idmançılarının nailiyyətləri (2015, 2019)
I Avropa Oyunlarında (Azərbaycan Bakı, keçirildiyi vaxt: 12-28 iyun 2015, ölkənin sayı-50, idman növü-30, atlet-289, dəst medal-253, qızıl-21, gümüş-15, bürünc-20, cəmi-56, tutduğu yer-II);
2015-ci ilin yayında Bakıda keçirilən birinci Avropa Oyunları da bütövlükdə Azərbaycan idmanının təntənəsinə çevrildi desək, əsl həqiqəti ifadə etmiş olarıq. Dünyanın 50 ölkəsindən təxminən 6 minatletin qatıldığı birinci Avropa Oyunlarında Azərbaycan (İdman Akademiyasının tələbələri) idmançıları 56 medal qazanıblar. (Onlardan 21 qızıl, 15 gümüş və 20 bürünc medal). Yarışlarda respublikamız Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Ukrayna, Türkiyə kimi yüksək idman nailiyyətləri olan ölkələri geridə qoyaraq Rusiyadan sonra qitə ikincisi olub.
II Avropa Oyunlarında (Belarus-Minsk, keçirildiyi vaxt: 21-30 iyun 2019, ölkənin sayı-43, İdman növü-15, Atlet-82, dəst medal-201, qızıl-5, gümüş-10, bürünc-13, cəmi-28, tutduğu yer-10)
Beləliklə, yığmamız Minsk-2019-u 28 medalla başa vurub. Təmsilçilərimiz 5 qızıl, 10 gümüş və 13 bürünc mükafata yiyələniblər.
Komandamız 10 gün davam edən II Avropa Oyunlarının yekun medal sıralamasında 10-cu yeri tutub. Bu müddətdə sahibini tapan 200 dəst medala 43 ölkə təmsilçiləri yiyələnib. Onlardan 34-ü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Medal sıralamasına Rusiya başçılıq edir. 4 il əvvəl Bakıda keçirilən ilk Avropa Oyunlarında olduğu kimi yenə şimallılar birinci olub. İkinci yeri isə yenə meydan sahibləri tutublar. Bu dəfə Belarus bu uğura imza atıb. Ukrayna isə ilk "üçlüy”ü qazanıb.
İlk "altılıq”da növbəti yerləri İtaliya, Hollandiya və Almaniya tutub. Daha üç milli - Gürcüstan, Fransa və Böyük Britaniya da Azərbaycan yığması kimi ilk "onluq”da qərarlaşıb.
Beynəlxalq yarışlarda mükafat qazanmış idman akademiyasının tələbələrinin nailiyyətləri (2010-2019)Yeniyetmələrin ilk Olimpiya oyunları 2010-cu ildə Sinqapurda təşkil edilib. Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında dünyanın 205 ölkəsindən 3600 idmançı 26 növ üzrə qüvvəsini sınayıb. 12 gün davam edən Sinqapur-2010 yeniyetmələr arasında ən güclüləri üzə çıxarıb və bu yarışda yalnız 97 ölkənin nümayəndələri medal qazana biliblər.
Azərbaycan komandası Sinqapur-2010 Olimpiadasında idmanın 6 növü üzrə - güləş, boks, ağırlıqqaldırma, cüdo, taekvondo, kanoe -12 idmançı (güləş -5 nəfər, boks-3 nəfər, ağırlıqqaldırma - 1, cüdo -1, taekvondo-1, kanoe-1 nəfər) ilə təmsil olunub. Ölkəmiz bu yarışlarda 8 medal (5 qızıl, 3 gümüş) qazanaraq dünya ölkələri sırasında 11-ci, Avropa ölkələri sırasında 6-cı yeri tutub. Murad Bazarov (yunan-Roma güləşi, 42 kq), Elman Muxtarov (yunan-Roma güləşi, 50 kq), Patimat Baqomedova (qadın güləşi, 52 kq), Nicar Rəhimov (ağırlıqqaldırma, 69kq),Əli Mamomeddabirov (sərbəst güləş, 100 kq) qızıl medal qazanıblar. Kənan Quliyev (sərbəst güləş, 54 kq), Salman Əlizadə (48 kq) Elvin İsayev (boks, 57 kq) isə olimpiadanın gümüş medalına layiq görülüblər.
2011-2019-ci illərdə akademiyada təhsil alan tələbələr 27 beynəlxalq yarışda iştirak etmişlər. Xarici ölkələrdə keçirilmiş 21 beynəlxalq yarışlarda isə akademiyanın tələbələrinin yığma komandalarının iştirakı təmin olunub.
2011-2019-ci illərdə Olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda, Dünya və Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 250 medal qazanmışlar (o cümlədən 89 qızıl, 81 gümüş, 80 bürünc), 2700 idman normativlərini yerinə yetirmişlər (13 əməkdar idman ustası, 32 beynəlxalq dərəcəli idman ustası, 707 idman ustası, 738 idman ustalığına namizəd).
İdman növləri üzrə yığma komandalar hər biri 12 gündən az olmayaraq 58 təlim-məşq toplanışlarında iştirak etmişdir. Təlim-məşq toplanışlarında ümumilikdə 125 nəfərədək idmançı iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 654 №-li, 04 mart 2005-ci il tarixli "Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında Sərəncamına əsasən hər il Akademiya 5 mart tarixində "Bədən tərbiyəsi və idman günü” qeyd edilir.
2013-cü il iyulun 24-də Akademiyanın tələbələri Kazanda keçirilən XXVII Ümumdünya Yay Universiada iştirak etmiş və yüksək nailiyyətlərə nail olublar. Kazanda keçirilən mötəbər yarışda Azərbaycanın himni dörd dəfə səsləndirilmiş, bayrağı 16 dəfə dalğalanmış, idmançılarımız 4 qızıl, 5 gümüş və 7 bürünc medal qazanıblar.
2014-cü il avqustun 16-28-də Çinin Nankin şəhəri 2014-cü il avqustun 16-28-də keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında dünyanın 170 ölkəsindən 3500 yeniyetmə idmançı öz qüvvəsini sınamışdır. 14-18 yaşlı atletlər 184 dəst medal uğrunda Akademiyanın tələbələri də mübarizə aparmışdılar. Azərbaycanı Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında idmanın 9 növündə 21 idmançı təmsil etmişdilər. 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə arasında və medal qazana bilmiş 86 ölkə arasında 10-cü yeri tutub.
2015-ci ilin yayında Bakıda keçirilən birinci Avropa Oyunlarında ADBTİA-nın tələbə və məzunları 26 medal qazanmışlar (Onlardan 12-si qızıl, 8-i gümüş, 6-sı bürünc).
Rio-de-Janeyro 2016-cı il XXXI Yay Olimpiya Oyunlarında 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanmışdır. Azərbaycan komandası medalların sayına görə 207 dövlət sırasında 39-cu yeri, medalların sayına görə isə 15-ci yeri tutdu. Azərbaycan həmçinin Avropa dövlətləri sırasında 7-ci, İslam dövlətləri sırasında 1-ci, MDB-də isə 2-ci yerdə qərarlaşdı. Olimpiada medalı sayında isə Azərbaycan 8-ci yeri tutub. Qazandıqları medalların ölkənin iqtisadiyyatın qüdrətinə nisbətində isə Azərbaycan 6-cı yer tutub. Sevindirici haldır ki, Akademiyanınn tələbə və məzunlarında medalların qazanılmasında xidmətləri olub.
Rio-de-Janeyro 2016-cı il XXXI Yay Olimpiya Oyunlarında ADBTİA-nın tələbə və məzunları 5 medal qazanmışlar (Onlardan 2-si gümüş, 3-ü bürünc).
12-20 may 2017-ci il tarixlərdə Bakı şəhərində keçirilmiş IV İslam Həmrəylik Oyunlarında mükafat qazanmış Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akadeniyasının tələbə məzunları 57 iştirakçıdan 62 medal qazanmışdır (Onlardan, 39 qızıl, 13 gümüş, 10 bürünc)
IV İslam Həmrəylik Oyunlarında medal qazanmış tələbələrdən 30 hazırda Akademiyada təhsil alır, onlardan 14-ü qızdır. Bu yarışda iştirak edən idmançı qızlarımız 19 medal qazanmışdır. (Onlardan, 12 qızıl, 4 gümüş, 3 bürunc ). Qızlardan 7-i hazırda Akademiyada təhsil alır, 7-i isə məzundur.
1-12 oktyabr 2018-cü ildə Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 206 ölkədən 3998 idmançı 32 idman növündə qüvvəsini sınayır. Yarışların keçirilməsi əsasən dörd ərazi – Urban, Yaşıl, Teknopolis və Olimpiya parkları üzrə planlaşdırılıb. Azərbaycan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 17 idmançı ilə təmsil olunur. Yarışların ilk günü yeniyetmə idmançılarımız cüdo, stolüstü tennis, taekvondo, idman gimnastikası üzrə yarışlarda qüvvələrini sınayıblar. Əvvəlcə cüdoçularımız Vüsalə Kərimova (44 kq) və Vüqar Talıbov (66 kq) rəqibləri ilə münasibətlərinə aydınlıq gətiriblər. Vüsalə Kərimova son nəticədə yarışları 7-ci yerdə başa vursa da, Vüqar Talıbov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak etmən idmançılarımız tərəfindən 17 lisenziya əldə edilib və 3 qızıl, 1 gümüş və 3 bürünc medal olmaqla ümümi 7 medal qazanılıb. Cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) qızıl, ağırlıqqaldıran Tarmerxan Babayev (85 kq) gümüş, taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və qadın güləşçi Şahanə Nəzərova (43 kq) bürünc medala sahib olub. Bədii gimnast Yelizaveta Luzan isə Beynəlxalq Olimpiya Komitəsinin qarışıq komandasının tərkibində qızıl medal qazanıb. Onun medalı ümumi sıralamada öz ölkəsinin adından göstərilməyib. Yekunda Azərbaycan komandası medal əyarına görə, 208 ölkə arasında 34-ci, medal sayında isə 38-ci yeri tutub.
Minsk-2019 II Avropa Oyunlarında iştirak edən idmançıların 54-ü idman akademiyasının tələbə və məzunlarıdır. Hazırda 12 tələbə akademinanın müxtəlif kurslarında təhsil alırlar. Onlardan, Mahir Əmiraslanov (sərbəst güləş, (57 kq) İTN- 15-6) qızıl medal; Abdulla Əl-Maşayxi Əl-məşayxi Abolulla vahid isə ( gimnastika,158 A-15 I k.) gümüş medal qazanıblar.
İkinci Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırdığım üçün çox sevinirəm. Bu qələbəni hərbçilərimizə həsr edirəm.
Bu sözləri "olimnews.az” saytına açıqlamasında II Avropa Oyunlarının sərbəst güləş yarışlarının qalibi, idman akademiyasının IV kurs tələbəsi Mahir Əmiraslanov deyib.
O bildirib ki, bundan sonra da uğurunu davam etdirmək üçün inamla çalışacaq: "Bizə yaradılan şəraitə görə federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Firdovsi Umudovun üzərimdə çox böyük əziyyəti olub. Yarışlara yüksək səviyyədə hazırlaşmışdım. Minsk-2019-da qızıl medal qazanacağıma inanırdım. Ölkəmizə ilk qızıl medalı qazandırdığım üçün çox sevinirəm. İnşallah, bu uğurun ardı gələr və komandamız daha yüksək nailiyyətlər əldə edər”.M. Əmiraslanov finalda Stevan Miçiçə (Serbiya) 9:1 hesabı ilə qalib gəlib.
Final qarşılaşmasının çox gərgin keçdiyini vurğulayan güləşçimiz, idman akademiyasının məzunu üçqat dünya çempionu Hacı Əliyev deyib:
"Rəqiblərim arasında ən təcrübəlisi bir neçə dəfə məğlub olduğum Vladimir Xinçeqaşvili idi. Ona bir neçə dəfə məğlub olmuşdum. Rio Olimpiadasında da gürcüstanlı rəqibimə uduzmuşdum. Olimpiya dünya və üçqat Avropa çempionunu məğlub etməklə, tilsimi qırdım. Çünki
həm Avropa Oyunlarının qalibi oldum, həm də ona qarşı baryeri aradan qaldırdım. Dünən ermənilərə, bu gün isə belə rəqibə qalib gəlmək, mənim üçün həqiqətən də çox sevindiricidir. Qələbə üçün çox istəkli idim. Mənə elə gəlir ki, qalib gəlməkdən ötrü hər şeyi etdim və rəqibə heç bir şans vermədim. İlk Avropa Oyunlarında bürünc medal qazanmışdım. Oyunlar ölkəmizdə keçirildiyi üçün doğma publika qarşısında bir qədər həyəcanlı idim. Xatırlayırsınızsa, Bakıda da ilk görüşümü erməniyə qarşı keçirmişdim. Üzərimdə böyük yük vardı. Sevinirəm ki, II Avropa Oyunlarında qızıl medal qazandım”.
Minsk-2019 II Avropa Oyunlarında akrobatika gimnastikası növündə qarışıq cütlərin dinamik hərəkətlər yarışında İdman akademiyasının I kurs tələbəsi (158-A-15) Abdulla Əl-Məsaihi ikilisi fərqləniblər. Onlar 28,830 xalla gümüş, akrobatika gimnastikası yarışındakı təmsilçilərimiz Abdulla Əl-Məşayxi (Ruhidil Qurbanlı) cütlüyü qarışıq hərəkətlər üzrə qarışıq komandaların yarışında 29,540 xal toplayaraq oyunların gümüş medalına sahib olub.
Minskdə təşkil olunan Avropa Oyunlarında idman akademiyasının məzun cüdoçuları Rüstəm Orucov (73 kq) gümüş, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov (100 kq) bürünc medal qazanıblar. Cüdoçularımız həm Avropa Oyunlarının, həm də Avropa çempionatının medalları təqdim olunub. Cüdoçularımız medalların sayına görə 49 ölkə arasında 3-cü, əyarına görə isə 12-ci yeri tutub.
İnanıram ki, dünyanın ən böyük idman yarışı olan 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XXXII Yay Olimpiya oyunlarında doğma Azərbaycan bayrağını yüksəklərə qaldıraraq himnimizi səsləndirən idmançılar arasında yenə də akademiyamızın yetirmələri olacaqdır.
Son dövrlərdə baş verən bütün dəyişikliklərlə yanaşı, akademiya menecmentində keyfiyyətə nəzarətin müasir sistemlərinə də mühüm yer verilir. Burada başlıca məsələlərdən biri tələbələrin akademiyada idarəetmə proseslərinə cəlb olur. Akademiyanın bütün strukturlarında tələbə kollektivinin iştirakı təmin edilir. Dərsə dəvamiyyətə nəzarət avtomatlaşdırılmış nəzərət sistemi olan işıqfor proqramı yaradılır,
tələbələrlə xidmətin keyfiyyətini daha da artırmaq məqsədini daşıyan «Elektron dekanlıq» layihəsinin gerçəkləşdirməsinə başlanılmışdır. Hazırda tələbələr akademiyanın böyük Elmi şurasından tutmuş fakültələrin ictimai təşkilatları daxil olmaqla, bütün seçimli orqanlarda iştirak edirlər.



40547 oxunub

InvestAZ