XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Millimiz Tokio-2020-yə vəsiqə uğrunda mübarizəyə başlayır
İdman 15:01 / 07.01.2020

Bu gün 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli qadın voleybolçular arasında Avropa Təsnifat Turnirinə start veriləcək.
Hollandiyanın Apeldorn şəhərində təşkil olunacaq yarışda Azərbaycan millisi də mübarizə aparacaq. Vаsif Tаlıbovun baş məşqçi olduğu kollektiv A qrupunda Niderland, Bolqarıstan və Polşa ilə mübarizə aparacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya yığmaları çıxış edəcək.
Azərbaycan millisi ilk görüşünü bu gün meydan sahiblərinə qarşı keçirəcək. Bu gün həmçinin Almaniya - Türkiyə və Polşa - Bolqarıstan qarşılaşmaları da olacaq.
Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.

22175 oxunub

InvestAZ