XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Taekvondo üzrə Azərbaycan çempionatına yekun vurulub
İdman 12:52 / 29.12.2019
Azərbaycan Taekvondo Federasiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən taekvondo üzrə respublika birinciliyi və çempionatına yekun vurulub. Ölkəmizdə taekvondonun təbliği və inkişaf etdirilməsi, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyan birincilik və çempionatda bütün bölgələrdən idmançılar mübarizə aparıblar.
Kişilərin yarışında Bəhruz Quluzadə, Qaşım Maqomedov, Qasım Aslanov, Cavad Ağayev, Ayxan Tağızadə, Məhəmməd Məmmədov və Ramin Əzizov, qadınların mübarizəsində isə Minayə Əkbərova, Patimat Abakarova, Leyla Məmmədova və Fəridə Əzizova birinci yerə çıxıblar.
Medalların sayına görə komandalar arasında fəxri kürsünün ilk pilləsinə "Gömrükçü” İdman Klubu yüksəlib. Sumqayıt komandası ikinci, "Marrin-Sport” üçüncü, "Neftçi” İdman Cəmiyyəti dördüncü, Respublika Uşaq-Gənclər İdman Məktəbi isə beşinci yerə layiq görülüb.
Ümumilikdə 760-dək yeniyetmə, gənc və böyük yaşlı taekvondoçunun iştirak etdiyi yarışlarda qaliblər diplom və medallarla təltif olunublar.

35363 oxunub

InvestAZ