XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Azərbaycan idmançıları 2019-cu ildə 775 medal qazanıblar
İdman 16:20 / 27.12.2019

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2019-cu ildə respublikada fəaliyyət göstərən federasiyalarla birlikdə ölkəmizdə 233 respublika, 62 beynəlxalq yarış keçirilib.
Bu sözləri dekabrın 27-də Gənclər və İdman naziri Azad Rəhimovun media nümayəndələri ilə görüşündə deyib.
Nazir bildirib ki, 243 beynəlxalq yarışda yığma komandalarımızın iştirakı təmin olunub. Millilərimiz 12 gündən az olmayaraq 118 təlim-məşq toplanışında iştirak ediblər. Cari ildə idmançılarımız 271-i qızıl, 238-i gümüş və 266-sı bürünc olmaqla ümumilikdə 775 medal qazanıblar. Olimpiya idman növləri üzrə 90 qızıl, 96 gümüş, 141 bürünc, qeyri-Olimpiya idman növləri üzrə isə 181 qızıl, 142 gümüş və 125 bürünc medal əldə olunub.

23988 oxunub

InvestAZ