XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Azərbaycan Qılıncoynatma Federasiyasında ilin yekunları ilə bağlı ümumi yığıncaq keçirilib
İdman 10:44 / 26.12.2019
 
İclasda Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Fikrət Zeynalov, baş katib Vasif Məmmədov, İcraiyyə Komitəsinin üzvləri, Azərbaycan Qılıncoynatma ailəsinin nümayəndələri iştirak ediblər.
Cari ili qılıncoynadanlarımız üçün uğurlu hesab edən Vasif Məmmədov buna misal olaraq Anna Baştanın 23 yaşadək qadın sablyaçılar arasında Avropa çempionluğunu, Ruslan Həsənovun yeniyetmə və gənclərin dünya birinciyində bürünc medal qazanmasını göstərib. Yerli məşqçilərlə yanaşı, beynəlxalq təcrübəyə malik mütəxəssislərin əməkdaşlığa cəlb olunduğunu deyən baş katib, il ərzində yeni qılıncoynatma zallarının istifadəyə verildiyini, idmançıların yeni geyim ləvazimatları ilə təmin olunduğunu bildirib.
Baş katib öz növbəsində il ərzində qılıncoynadanlara dəstəyini əsirgəməyən Azərbaycan Gənclər və İdman Nazirliyinə təşəkkür edib.
İki il ərzində böyük işlər görüldüyünü bildirən vitse-prezident Fikrət Zeynalov isə "Neftçi” İdman Klubu tərəfindən yeni qılıncoynatma zalının inşasına başlandığını qeyd edib.
İnteraktiv şəkildə keçirilən iclasda məşqçilərlə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Gələcək üçün hədəflər müəyyənləşdirilib.

43707 oxunub

InvestAZ