XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



RUSADA sanksiyalarla razılaşmır
İdman 11:08 / 20.12.2019

Rusiya Antidopinq Agentliyinin (RUSADA) Müşahidə Şurası təsisçilər şurasına Dünya Antidopinq Agentliyinin (WADA) sanksiyaları ilə razılaşmamağı tövsiyə edib. Həmin iş Lozannada İdman Arbitraj Məhkəməsinə (CAS) verilməlidir.
Qərar dekabrın 19–da RUSADA-nın Moskva ofisində Müşahidə Şurasının iclasında qəbul edilib.
RUSADA-nın Müşahidə Şurasının başçısı Aleksandr İvlev deyib: "Kvorum vardı. RUSADA-nın nizamnaməsinə müvafiq olaraq, Müşahidə Şurasının RUSADA-nın ümumi yığıncağının tövsiyələri üçün qərar qəbul etmək hüququ var. WADA-nın dekabrın 9-da qəbul etdiyi qərarla əlaqədar diskussiya çərçivəsində biz bu qərarla razılaşmamağı qərara aldıq”.
Növbəti mərhələdə WADA mübahisə barəsində CAS-a rəsmi bildiriş göndərəcək.
Dünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi dekabrın 9-da qurumun müvafiqlik komitəsinin Rusiya Antidopinq Agentliyinin (RUSADA) Dünya Antidopinq Kodeksinə müvafiqliyi statusundan məhrum edilməsi tövsiyəsini yekdilliklə qəbul edərək, Rusiyanı dörd il müddətinə dünya çempionatlarını qəbul etmək və onların keçirilməsi üçün müraciət etmək, Rusiya idmançılarını isə Olimpiadalarda və dünya çempionatlarında öz milli bayraqları altında çıxış etmək hüququndan məhrum edib.
Rusiya idmanı 2012-2015-ci illərdə Rusiya idmançılarının dopinq yoxlamalarının nəticələri saxlanılan Moskva laboratoriyasının məlumat bazası ilə fırıldaqlara görə sanksiyalara məruz qalıb. WADA müəyyən edib ki, təhrif olunmuş informasiya antidopinq qaydalarının 145 idmançı tərəfindən pozulmasının mümkünlüyünü gizlədir. Məlumat bazasının identikliyinin saxlanılması ötən ilin sentyabrında RUSADA-nın bərpası üçün əsas şərt olub.

26007 oxunub

InvestAZ