XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Azərbaycan Voleybol Federasiyası ilə Avropa Voleybol Konfederasiyası arasında müqavilə imzalanıb
İdman 10:15 / 20.12.2019

Azərbaycan Voleybol Federasiyası (AVF) qarşıdakı illərdə bir sıra yeniliklər etməyi planlaşdırır. Bununla bağlı AVF-in baş katibi Cəlil Cəfərov və idman şöbəsinin rəhbəri Elnur Məmmədov Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandr Boriçiç ilə görüşdə bir sıra mühüm məsələləri müzakirə ediblər.
Görüşdə Azərbaycanda voleybolun daha da inkişaf etdirilməsi üçün yeni müqavilə imzalanıb. Uşaq voleybolunun inkişafını nəzərdə tutan bu müqavilə 2020-2024-cü illəri əhatə edəcək. Müqavilədə uşaqların voleybola cəlb olunması, bu idman növünün fəal həyat tərzinə çevrilməsi, sosial bacarıqlarının inkişaf etdirilməsi və digər məsələlər əksini tapıb. Şərtlərə uyğun olaraq, CEV və AVF tərəfindən seçiləcək orta məktəblər voleybol idman növü üçün lazımi avadanlıqla təmin olunacaq. Həmçinin CEV tərəfindən təyin olunacaq voleybol mütəxəssisləri dörd il müddətində Bakıda və bölgələrdə seminarlar keçəcəklər.
CEV prezidenti A.Boriçiç görüşdə müqavilənin imzalanmasından məmnunluğunu ifadə edərək, sənədin Azərbaycan voleybolunun inkişafında böyük rol oynayacağına inandığını vurğulayıb. Qeyd edib ki, Azərbaycanda bu idman növünün inkişafı istiqamətində yerli federasiya tərəfindən görülən işlər diqqət mərkəzindədir.
Qeyd edək ki, AVF rəsmiləri görüşdən əvvəl bölgələrdə və Bakıda orta məktəb müəllimləri ilə bir araya gələrək voleybol qrupları olan məktəblərin siyahısını hazırlayıb.

21123 oxunub

InvestAZ