XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



“Liverpul” klublararası dünya çempionatının finalında
İdman 15:39 / 19.12.2019
 
Futbol üzrə klublararası dünya çempionatının ikinci finalçısı müəyyənləşib. İkinci yarımfinal oyununda İngiltərənin "Liverpul” klubu Meksikanın "Monterrey” komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən matçda ingiltərəlilər 2:1 hesabı ilə qalib gələrək finala yüksəliblər. Görüşdə hesabı 12-ci dəqiqədə "Liverpul”un yarımmüdafiəçisi Nabi Keyta vurub. 2 dəqiqə sonra Meksika təmsilçisinin hücumçusu Rogelio Funes hesaba tarazlıq gətirib. Oyunun taleyini "Liverpul”un braziliyalı hücumçusu Roberto Firminonun 91-ci dəqiqədə vurduğu qol həll edib.
Digər yarımfinal görüşündə isə Braziliyanın "Flamenqo” komandası Səudiyyə Ərəbistanının "Əl Hilal”ını məğlub edərək finala yüksəlib.
Klublararası dünya çempionatının finalı dekabrın 21-də Qətərin paytaxtı Dohadakı "Education City” stadionunda keçiriləcək.
Qeyd edək ki, son üç ildə bu turnirin qalibi İspaniyanın "Real Madrid” klubu olub.

21034 oxunub

InvestAZ