XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Taekvondoçularımız Moskva Qran-Prisində 2 medal qazanıblar
İdman 11:40 / 09.12.2019

Moskvada keçirilən Qran-Pri turnirinin final mərhələsində iştirak edən Azərbaycanın üç taekvondoçusundan ikisi medal qazanıb. 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Milad Beigi Hərçəqani braziliyalı Migel Martinsa və özbəkistanlı Nikita Rafaloviça qalib gələrək finala vəsiqə qazanıb. O, həlledici döyüşdə Rusiya təmsilçisi Maksim Kramtçova uduzaraq turniri gümüş medalla başa vurub.
Radik İsayev (80 kq yuxarı) isə bürünc medalla kifayətlənib. Digər idmançımız Cavad Ağayev (68 kq) ilk döyüşündə britaniyalı Bredli Sindenə məğlub olaraq yarışı erkən tərk edib.
Məlumat üçün bildirək ki, 42 ölkədən 128 taekvondoçunun qatıldığı yarışda fəxri kürsünün ilk pilləsində yer alan idmançı aktivinə 80 xal yazdırıb. İkinci yeri tutan 48, üçüncü yerə sahib olan idmançı isə hesabına 28,8 reytinq xalı əlavə edib.

22230 oxunub

InvestAZ