XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



HYATT Regency Baku oteli ilə anlaşma memorandumu imzalanıb
İdman 16:35 / 30.11.2019

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (MPK) Korporativ Sosial Məsuliyyət Çərçivəsində Hyatt Regency şirkəti ilə əməkdaşlığa başlayır. Hyatt Regency Baku otelində əməkdaşlıq ilə bağlı anlaşma memorandumu imzalanıb. Sənədi MPK-nın prezidenti İlqar Rəhimov və otelin direktor müavini Aleksey Popov imzalayıblar. Memorandum HYATT Regency və MPK arasında qarşılıqlı əməkdaşlığı gücləndirmək və sosial layihələr çərçivəsində Komitəyə dəstək olmağı nəzərdə tutur. İmza mərasimində çıxış edən MPK prezidenti İlqar Rəhimov noyabr ayının 13-də Bakıda Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə "Yenilməzlər” adlı beynəlxalq Qala təqdimatın keçirildiyini xatırladıb. "Bu tədbirin əsas məqsədi Korporativ Sosial Məsuliyyət ilə bağlı ölkədə fəaliyyət göstərən şirkətlərə çağırış etmək idi. Tədbirdə edilən çağırışlara ilk səs verən HYATT Regency Baku şirkəti oldu. Memorandum ölkəmizdə paralimpiya hərəkatının daha da inkişafına səbəb olacaqdır” - deyə o əlavə edib. HYATT Regency Baku otelinin direktor müavini öz növbəsində paralimpiya komitəsi ilə əməkdaşlığa böyük önəm verdiklərini deyib. Bu əməkdaşlığın Azərbaycanda əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunmasında mühüm töhfə olacağını qeyd edib.

18777 oxunub

InvestAZ