XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Ölkə birinciliyinə yekun vurulub
İdman 12:41 / 01.12.2019

Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yeniyetmələr arasında ölkə birinciliyinə yekun vurulub.
Azərbaycan Qılıncoynatma Federasiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi turnirdə oğlanlar və qızlar arasında üç növ üzrə yarışların qalibləri müəyyənləşib. Oğlanlar arasında sablyada Saleh Məmmədov, şpaqada Elçin Daşdəmirov və rapirada Ziya Yolçuzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qızların mübarizəsində isə sablyada Zərifə Hüseynova, şpaqada Nazilə Rəhimova və rapirada Röya Ağayeva birinci olublar.
Mükafatçılar diplom və medallarla təltif ediliblər.

18481 oxunub

InvestAZ