XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Afrikada stadionların tikintisinə vəsait toplanacaq
İdman 16:18 / 29.11.2019

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Canni İnfantino hər bir Afrika ölkəsində FİFA standartlarına cavab verən azı bir stadionun tikintisi üçün 1 milyard dollar vəsait toplamaq niyyətini açıqlayıb. C.İnfantino Konqo Demokratik Respublikasının Lubumbaşi şəhərində Konqonun "TP Mazembe” futbol klubunun 80 illiyinin qeyd edilməsi münasibətilə bayram tədbirində çıxış edib.
O deyib: "Biz qarşıya Afrikanı ən yüksək səviyyəyə çatdırmaq və qitənin malik olduğu böyük futbolçuları dünyaya göstərmək məqsədi qoymuşuq. Biz buna infrastruktur yaratmaq, futbol hakimləri yetişdirmək və böyük yarışlar keçirmək hesabına nail olmaq niyyətindəyik”.
FİFA prezidenti işarə edib ki, Afrika Liqasının yaradılması imkanları nəzərdən keçirilir. Liqada Afrikanın ən yaxşı klubları yarışacaq. İnfantino infrastruktur məsələlərinin həlli üçün Afrika ölkələrində müasir stadionların tikintisi üçün şəxsi kapitalı səfərbər etmək niyyətini elan edib.

18437 oxunub

InvestAZ