XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



Avro-2020-nin finalı üçün ümidini itirməyən 16 komanda
İdman 15:26 / 24.11.2019

Avro-2020-nin pley-off mərhələsinin püşkü atılıb. Mərasimdə final mərhələsinə son 4 vəsiqə uğrunda mübarizə aparacaq 16 komandanın rəsmiləri iştirak edib.
Məlumat üçün bildirək ki, püşkatmaya qədər bu komandalar arasında 5 cütlük müəyyənləşmişdi. Mərasimdə isə digər 3 cütlük bəlli olub. Qeyd edək ki, bu komandalar A, B, C və D yolunda yarımfinal və final oyunlarında iştirak edəcəklər. Hər qrupda dörd komanda olacaq və onlardan ən güclüsü qitə çempionatına vəsiqə qazanacaq. Yarımfinallar gələn il martın 26-da, final matçları isə 31-də keçiriləcək.
A yolu
İslandiya - Rumıniya
Bolqarıstan - Macarıstan
B yolu
Bosniya və Herseqovina - Şimali İrlandiya
Slovakiya - İrlandiya
C yolu
Şotlandiya - İsrail
Norveç - Serbiya
D yolu
Gürcüstan - Belarus
Şimali Makedoniya - Kosovo

18247 oxunub

InvestAZ