XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024



Bodibildinqçimiz “Diamond Cup” beynəlxalq Avropa turnirində ikinci yeri tutub
İdman 12:20 / 25.11.2019
İtaliyanın paytaxtı Romada bodibildinq üzrə nüfuzlu açıq "Diamond Cup” beynəlxalq Avropa turniri keçirilib. Mens fizik yarışlarında ölkəmizi təmsil edən İmaş Qulizadə möhtəşəm çıxışı ilə ikinci olub. Cari ildə ölkə çempionatının qalibi, Azərbaycan kubokunun gümüş medalını da qazanan İmaş Qulizadə turnir haqqında fikirlərini bildirib. "Gözəl forma nümayiş etdirdiyim üçün çox sevincliyəm. Ən əsası Azərbaycanı mötəbər turnirdə layiqincə təmsil etdim. Məşqçimə minnətdarlığımı bildirirəm və gələcəkdə də əməkdaşlığı davam etdirməyi düşünürəm. Yeni mövsümün yarışlarına gələn ilin aprelindən start veriləcək. İki-üç ay istirahət etdikdən sonra yenidən məşqlərə başlayacağam. Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rauf Bunyatəliyev, baş katib Cəmil Bunyatəliyev və müəllimlərimdən Vüqar Verdiyevə də öz minnətdarlığımı bildirirəm”, - deyə İ.Qulizadə bildirib.

22221 oxunub

InvestAZ