XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Olimpiya mükafatçımız “Böyük dəbilqə” turnirində fərqləndi
İdman 10:14 / 25.11.2019

Yaponiyanın Osaka şəhərində cüdo üzrə "Böyük Dəbilqə” turniri keçirilib. Yarışda 86 ölkənin idmançıları ilə yanaşı Azərbaycan cüdoçuları da mübarizə aparıblar. 481 cüdoçunun iştirak etdiyi Osaka turnirində Azərbaycan 13 idmançı ilə təmsil olunub. Kişilərin mübarizəsində -100 kq çəki dərəcəsində yarışan Elmar Qasımov Fransa, Almaniya, Rusiya və Yaponiya cüdoçularını məğlub edərək finala yüksəlib. Həlledici qarşılaşmada yaponiyalı Haqa Ryunosukeyə uduzan cüdoçumuz nüfuzlu yarışın gümüş medalını qazanıb.

17952 oxunub

InvestAZ