XƏBƏR LENTİ
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Çempionlar Liqası: qələbə növbəti mərhələyə vəsiqə vəd edir
İdman 10:13 / 26.11.2019

Bu gün UEFA Çempionlar Liqasında 5-ci turun görüşlərinə start veriləcək. İlk oyun günündə 8 komanda növbəti mərhələyə vəsiqə uğrunda yarışacaq.
Günün maraqlı görüşləri sırasında "Liverpul”- "Napoli” matçı qrup liderini müəyyənləşdirəcək. Paralel keçirilən görüşdə "Genk” "Zalsburq” cütünün mübarizəsində qalib tərəf növbəti mərhələ şansını əldə edə biləcək. F qrupunda "Barselona” Dortmund "Borussiya”sını qəbul edəcək. Cütün ilk görüşündə heçə-heçəyə razılaşan tərəflərdən biri qələbə qazandığı təqdirdə növbəti mərhələyə yüksələcək. Əgər qalib müəyyənləşməsə, qrupun digər görüşündə "İnter” "Slaviya”nı məğlub edib, ən azı Almaniya təmsilçisi ilə xallarını bərabərləşdirəcək. G qrupunda "Zenit”in "Lion”u məğlub etməkdən başqa çarəsi yoxdur. Rusiya təmsilçisi 3 xal müqabilində Çempionlar Liqasındakı çıxışını davam etdirə bilər. Son turlarda öz oyunu ilə bütün Avropanı heyrətləndirən "Leyptsiq” doğma azarkeşlər önündə "Benfika”nı sınağa çəkəcək. Almaniya klubu bu matçın aşkar favoriti sayılır. H qrupunda 4 turdan sonra üç komandanın 7 xalı var. Maraqla gözlənilən qarşılaşmalardan biri "Mestalya”da keçiriləcək. Aktivində 7 xalı olan "Valensiya” və "Çelsi” qələbə üçün üz-üzə gələcək. Bu komandalar arasında qeydə alına biləcək heç-heçə "Ayaks”ın işini asanlaşdıracaq. Çünki Amsterdam təmsilçiləri səfərdə autsayder "Lill”ə qarşılaşacaq.
UEFA Çempionlar Liqasında 5-ci turun digər 8 qarşılaşması isə sabah keçiriləcək. Həmin görüşlər arasında da azakerkeşlərin maraqla gözlədiyi matçlar diqqət mərkəzində olacaq.
UEFA Çempionlar Liqasında
5-ci turun təqvimi:
27 noyabr
E qrupu
Saat: 00:00 Liverpul (İngiltərə) - Napoli (İtaliya)
Saat: 00:00 Genk (Belçika) - Zalsburq (Avstriya)
F qrupu
Saat: 00:00 Barselona (İspaniya) - Borussiya.D (Almaniya)
Saat: 00:00 Slaviya (Çexiya) - İnter (İtaliya)
G qrupu
Saat: 21:55 Zenit (Rusiya) - Lion (Fransa)
Saat: 23:00 Leyptsiq (Almaniya) - Benfika (Portuqaliya)
H qrupu
Saat: 21:55 Valensiya (İspaniya) - Çelsi (İngiltərə)
Saat: 00:00 Lill (Fransa) - Ayaks (Hollandiya)
28 noyabr
A qrupu
Saat: 20:55 Qalatasaray (Türkiyə) - Brügge (Belçika)
Saat: 00:00 Real (İspaniya) - PSJ (Fransa)
B qrupu
Saat: 00:00 Tottenhem (İngiltərə) - Olimpiakos (Yunanıstan)
Saat: 00:00 Srvena Zvezda (Serbiya) - Bavariya (Almaniya)
C qrupu
Saat: 00:00 Mançester S. (İngiltərə) - Şaxtyor (Ukrayna)
Saat: 00:00 Atalanta (İtaliya) - Dinamo (Xorvatiya)
D qrupu
Saat: 20:55 Lokomotiv (Russiya) - Bayer (Almaniya)
Saat: 00:00 Yuventus (İtaliya) - Atletiko (İspaniya)

19502 oxunub

InvestAZ