"Milan” komandası ilə qarşılaşmadan sonra müsahibə verən "Yuventus”un portuqaliyalı lideri Kriştianu Ronaldo gələcək karyerası barədə danışıb. O, son mövsümü "Qoca sinyora”nın heyətində çıxış edib, daha sonra İngiltərənin "Mançester Yunayted” klubuna qayıtmaq istəyir. Ulduz futbolçu karyerasını məhz bu klubda bitirmək niyyətindədir. Buna səbəb Ronaldonun İtaliya çempionatını bəyənməməsidir. "Mən bu klubu hər zaman hərəkətli təsəvvür edirdim. Lakin İtaliya futbolçuların dinamik və cəld oynadığı bir yer deyil. Burada tam fərqli bir oyun gedir. Mən belə oyunu qəbul etmirəm. Bura Pirlo, Tottinin yeridir. Kriştianu Ronaldo isə karyerasını dinamik futbolda bitirəcək. Mövsüm bitdikdən sonra, "Mançester Yunayted” komandasına qayıdacağam. İki il orada oynayıb, karyeramı bitirəcəyəm. Haqlı və ya haqsız olduğuma siz qərar verin. Lakin mən ləng oynayan futbolçu kimi yaddaşlarda qalmaq istəmirəm”, - deyə futbolçu bildirib.
18665 oxunub