XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Qılıncoynadanlarımız Dünya kubokunda yarışacaqlar
İdman 14:24 / 22.11.2019

Noyabrın 22-dən 24-dək sablya üzrə qadınlardan ibarət milli komandamızın üzvləri Anna Başta, Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakova Fransanın Orlean şəhərində keçiriləcək dünya kubokunun mərhələ yarışında iştirak edəcək.
Sablyaçılarımız həm şəxsi, həm də komanda yarışında mübarizə aparacaqlar.
Qeyd edək ki, komandamız ölkəmizi baş məşqçi Çingiz Mustafayevin rəhbərliyi altında təmsil edəcək.

28018 oxunub

InvestAZ