XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Spartakiadanın şahmat yarışları başa çatdı
İdman 15:23 / 20.11.2019

"Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların Azərbaycan Respublikasının "Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş XXI Respublika Spartakiadası davam edir.
Spartakiada çərçivəsində keçirilən şahmat yarışlarına yekun vurulub.
Maraqlı mübarizə şəraitində keçən yarışlarında birinci yerə Aviasiya İşçiləri Hİ RK-nın komandası layiq görülüb. Müdafiə Sənayesi İşçiləri Hİ RK-nın komandası ikinci yeri tutub. Metropoliten İşçiləri Hİ-nin komandası isə üçüncü yerə sahib çıxıb.
Qeyd edək ki, yarışların proqramına 10 idman növü (futbol, voleybol, daşqaldırma, kəndirdartma, stolüstü tennis, üzgüçülük, dama, nərd, şahmat, güllə atıcılığı) daxildir.
Məlumat üçün bildirək ki, spartakiadanın keçirilməsində əsas məqsəd zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi, onların bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsini təmin etmək, müəssisə və təşkilatların fəhlə və qulluqçularının asudə vaxtını səmərəli keçirməkdən ibarətdir.
XXI Respublika Spartkiadasına noyabrın 22-də yekun vurulacaq.

20278 oxunub

InvestAZ