XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Əfsanəvi pilot haqqında sənədli filmin nümayişi təxirə salınıb
İdman 13:21 / 20.11.2019
 
Bu ilin sonunda Mixail Şumaxerin ailəsinin dəstəyi ilə lentə alınmış və yeddiqat dünya çempionunun həyatı və karyerasından bəhs edən "Şumaxer” sənədli filmi prokata çıxmalı idi. Lakin ekran əsərinin istehsalı ilə məşğul olan B14Film prodüser şirkəti onun geniş tamaşaçı kütləsinə təqdim olunmasının qeyri-müəyyən müddətə təxirə salındığını bəyan edib.
Şirkətin bəyanatında deyilir: "Rejissorların sərəncamında çoxlu sayda materialların olması səbəbindən prodüserlər filmin yaradılmasına daha çox vaxt ayırmaq qərarına gəliblər”.
Müəlliflər filmə pilotun atası, xanımı və uşaqları, habelə onun karyerasında əsas rol oynamış insanlarla müsahibələri əlavə etmək qərarına gəliblər. Şumaxerin karyerasının parlaq məqamları, onun nailiyyətləri və uğursuzluqları barədə söhbətlə yanaşı, tamaşaçılar kompromisə getməyən pilot və iddialı insan, habelə qayğıkeş ailə başçısı olan Mixaeli daha yaxşı tanımağa imkan verəcək arxiv materiallarını ilk dəfə görəcəklər.

20965 oxunub

InvestAZ