XƏBƏR LENTİ
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024



Atletimiz xatirə turnirinin qalibidir
İdman 17:04 / 18.11.2019
Türkiyənin Qaziantep şəhərində təşkil olunan ağırlıqqaldırma üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirə yekun vurulub. Tokio-2020 Yay Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakteri daşıyan bu yarışda 20-dən çox ölkədən 80-ə yaxın atlet çıxış edib. Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq), Füqan Əliyev (81 kq) və Tərmenxan Babayev (96 kq) körpücük üzərinə çıxıblar. Komandamızın üzvü Boyanka Kostova (59 kq) ümumilikdə 219 kiloqram (95 kq + 124 kq) nəticə ilə bütün rəqiblərini qabaqlayaraq turnirin qızıl medalını qazanıb. Digər xanım atletimiz Səbinə Əzimova 55 kq çəki dərəcəsində ümumilikdə 173 kq (75 kq + 98 kq) nəticə ilə dördüncü yeri tutub. Millimizin üzvlərindən Füqan Əliyev kişilərin mübarizəsində 81 kq çəki dərəcəsində yarışıb. Gənc atletimiz ümumilikdə 291 kq (131 kq + 160 kq) nəticə ilə 5-ci yeri tutub.
Yığmamızın digər üzvü Tərmenxan Babayev isə 96 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz ümumilikdə 313 kq (143 kq + 170 kq) nəticə ilə 7-ci yeri tutub.

18151 oxunub

InvestAZ