XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Birləşmiş Ərəb Əmirliklərinin Paralimpiya Komitəsinin prezidenti ölkəmizdə səfərdədir
İdman 10:03 / 13.11.2019

Birləşmiş Ərəb Əmirliklərinin Paralimpiya Komitəsinin prezidenti, Beynəlxalq Paralimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Məhəmməd Məhəmməd Fadel Al Hameli Bakıda səfərdədir. Qonaq Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə təşkil etdiyi, Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubleyinə həsr edilmiş "Yenilməzlər” Beynəlxalq Qala Təqdimatında iştirak edəcək.
Xatırladaq ki, bu gün Bakıda Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə "Yenilməzlər” adlı beynəlxalq qala təqdimatı keçiriləcək. Tədbirin başlıca məqsədi paralimpiya dəyərlərini təbliğ etməklə yanaşı, ölkədə fəaliyyət göstərən özəl şirkətlərin Koorporativ Sosial Məsuliyyət sahəsində stimullaşdırılmasıdır.

21966 oxunub

InvestAZ