XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Qılıncoynadanlarımız dünya kubokunun mərhələ turnirində yarışıblar
İdman 11:21 / 12.11.2019

Qılıncoynatmanın şpaqa növü üzrə kişilərdən ibarət milli komandamız Latviyanın paytaxtı Riqa şəhərində keçirilən gənclərin dünya kubokunun mərhələ turnirində çıxış edib.
Kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə başa vuran Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyev pley-offa yüksəlib. Hər üç şpaqaçımız pley-off mərhələsinin ilk görüşündə məğlub olub. Ruslan Həsənov Kiril Pavlova (Qazaxıstan) 13:15, Xalid Əliyev Dominik Kaukerə (Macarıstan) 6:15, Barat Quliyev isə Timoti Franka (ABŞ) 11:15 hesabı ilə uduzub. Qrupda 1 qələbəsi olan Kənan Məlikzadə və Fərrux Səfərov mübarizəni erkən dayandırıb.
Kişi şpaqaçıların komanda yarışında Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyevdən ibarət kollektiv Norveç komandasına 36:45 hesabı ilə məğlub olub.

22114 oxunub

InvestAZ