XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



3x3 Basketbol üzrə Sumqayıt birinciliyinə yekun vurulub
İdman 12:17 / 16.09.2019

Sumqayıt şəhər Gənclər və İdman baş idarəsinin təşkilatçılığı ilə sentyabrın 12-13-də Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş 3x3 basketbol (stritbol) idman növü üzrə şəhər birinciliyi keçirilib. Yarışda 2005-2006; 2007-2008-ci il təvəllüdlü oğlan və qızlar iştirak ediblər. Birincilikdə şəhərin 16 komandasından 64 basketbolçusu mübarizə aparıb. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda "Təhsil” RİMSŞ 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyytları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin oğlan və qızlardan ibarət komandaları bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal, kubok və hədiyyələri ilə təltif olunublar.

20918 oxunub

InvestAZ