XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“Sumqayıt” klubu heyətini gücləndirir
İdman 17:52 / 13.09.2019

2019-2020-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” klubu heyətinə iki futbolçu cəlb edib.
Son mövsümü müvafiq olaraq "BATE Borisov” və "Torpedo Moskva”nın heyətində keçirmiş futbolçular – Cəmaləddin Xocaniyazov və Rəhim Sadıxovla iki illik müqavilə imzalanıb. C.Xocaniyazov "Sumqayıt” klubunda "5”, Rəhim isə "90” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Sankt-Peterburq "Zenit”inin yetirməsi olan C.Xocaniyazov 2012-2016-cı illərdə adıçəkilən komandanın əsas və əvəzedici heyətlərində çıxış edib (10 oyun). Sonuncu klubu "BATE Borisov” (2 oyun) olan Cəmaləddin Rusiyanın "Ural” (1 oyun), "Baltika” (2 oyun), "Soçi” (8 oyun), "Amkar Perm” (1 oyun) və Danimarkanın "AGF Aarhus” (35 oyun, 1 qol) klublarının şərəfini qoruyub.
Moskva "Spartak”ının yetirməsi olan Rəhim Sadıxov isə peşəkar karyerası ərzində "Solyaris Moskva” (16 oyun) və "Torpedo Moskva”nın (71 oyun, 23 qol) uğurları üçün çalışıb. Rəhim Azərbaycanın U-17 və U-19 millilərində də çıxış edib.


18859 oxunub

InvestAZ