XƏBƏR LENTİ
25 Fevral 2020
07 Fevral 2020
06 Fevral 2020
02 Fevral 2020
26 Yanvar 2020
24 Yanvar 2020
23 Yanvar 2020
22 Yanvar 2020
20 Yanvar 2020
19 Yanvar 2020
16 Yanvar 2020
15 Yanvar 2020
14 Yanvar 2020
13 Yanvar 2020



Zlatko Daliç: «Burada xoşbəxtdirlər, ona görə də xaricə getmirlər»
İdman 10:37 / 10.09.2019
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla oyundan (1:1) sonra mətbuat konfransı keçirib. O, əvvəlcə qarşılaşma haqda danışıb.
- Bügünki matç barədə nə deyə bilərsiniz?
- Azərbaycan millisini yaxşı oyuna və xala görə təbrik edirəm. Oyuna istədiyimiz kimi başladıq, çoxlu qol imkanımız oldu. Erkən qol vurduq. Rəqibin qapıçısı əla oyun nümayiş etdirdi. İlk hissənin sonuna doğru həyəcanlanmağa başladıq. Fasilədən sonra rəqib daha yaxşı oynadı və qol vurdu. Bu, məyusedici nəticədir. Ancaq vəziyyəti qəbul etməli və növbəti matçlara hazırlaşmalıyıq.
- Ante Rebiç necə oynadı? Əvəzləmələri daha erkən edə bilməzdinizmi?
- Əgər dəyişiklikləri tez etsəydik, nəticəyə təsir edə bilərdik. İlk hissədə Rebiçin iki qol şansı var idi. Onu əvəzləməyib, inandığımı göstərmək istədim. İkinci qolu vura bilmədik, Azərbaycan millisi isə yaxşı mübarizə aparıb, layiq olduğu qolu vurdu.
- Federasiya prezidenti Davor Şuker bildirib ki, İvan Rakitiç hələ hazır deyil, ancaq qısa zamanda millidə olmalıdır...
- Rakitiç çox yaxşı futbolçudur. Prezidentimizin dediyi sözlərlə razılaşıram.
- Azərbaycanlı futbolçuların Avropada legioner həyatı yaşamadığını görəndə təəccüblənmədiniz ki?
- İlk oyunda görmüşdük ki, Azərbaycan çox yaxşı komandadır. Digər komandalardan xal alacaqlarına inanırdım. Azərbaycanın xal qazanmaması qəribə idi. Bu gün yaxşı motivasiyalı, aqressiv oynadılar. Onlar hər halda burada xoşbəxtdirlər, ona görə də xaricə getmirlər.
- Xorvatiya yığması "Bakcell Arena”da ikinci dəfə xal itirir. Bu stadionu sizin komanda üçün cəhənnəm adlandırmaq olarmı?
- Düşünmürəm ki, hansısa stadion cəhənnəmdir. Sadəcə , şanslardan istifadə etmək lazımdır.

5042 oxunub

InvestAZ