XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



“Qarabağ” ın rəqibində yeni baş məşqçi
İdman 14:38 / 09.08.2019


"Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi Kiprin APOEL komandasının yeni baş məşqçisi bəlli olub. Belə ki, Nikosiya Tomas Dolla tapşırılıb. Onunla ikiillik müqavilə bağlanılıb. Almaniyalı mütəxəssis Kiprdə baş tutan ilk matçda "Qarabağ”a 1:2 hesablı məğlubiyyətə görə istefaya göndərilən italiyalı Paolo Trametsanini əvəzləyib.
Doll daha öncə vətənində "Hamburq”, "Borussiya” (Dortmund) və "Hannover” komandalarının, eləcə də, Türkiyənin "Gənclər birliyi”, Səudiyyə Ərəbistanının "Əl-Hilal” və Macarıstanın "Ferentsvaroş” kollektivlərinin baş məşqçisi olub.
Qeyd edək ki, "Qarabağ” və APOEL arasında cavab görüşü avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Görüş saat 20:30-da başlanacaq.

22636 oxunub

InvestAZ