XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



“Aslanlar”ın 16-cı Superkubok zəfəri
İdman 17:33 / 08.08.2019

Avqustun 7-də keçirilən futbol üzrə Türkiyə Superkuboku uğrunda matçda "Akhisarspor” və "Qalatasaray” klubları qarşılaşıblar.
Paytaxt Ankaranın "Eryaman” stadionunda keçirilən görüş qarşılıqlı hücumlarla yadda qalıb.
Matçın 39-cu dəqiqəsində İstanbul təmsilçisinin yarımmüdafiəçisi Yunes Belhanda cərimə meydançasının kənarından qüvvətli zərbə ilə hesabı açıb - 1:0. Birinci hissə elə bu hesabla başa çatıb.
İkinci hissədə hər iki tərəf qol vurmağa çalışsa da, hesab dəyişməyib və beləliklə, "Cim-bom” Superkuboku başı üzərinə qaldırıb.
Qeyd edək ki, bu qələbə sayəsində "Qalatasaray” klubu 16-cı dəfə bu kuboka yiyələnib.

24876 oxunub

InvestAZ