Britaniyanın avtomobil istehsalçısı olan "Bentley" yeni modeli olan "Continental GT Supersports"u ictimaiyyətə təqdim edib. Yeni məhsul "Standart Bentley Continental GT" ilə müqayisədə yeni yüngül dizayna, hibrid seçimə və arxa təkərin çəkmə sisteminə malikdir. Avtomobilin 666 at gücü istehsal edən güc aqreqatı "Bentley" tarixində ən yüksək xüsusi gücə (litrə 166.5 at gücünə) malikdir. Mühərrik daha dəqiq və daha həssas performans üçün kalibrlənmiş standart 8 pilləli ikili muftalı ötürücü qutu ilə birləşdirilib. Şirkətdən verilən məlumata göər cəmi 500 ədəd istehsal olunan "Continental GT Supersports" şirkətin Krudakı zavodunda əl ilə yığılacaq.
201 oxunub