XƏBƏR LENTİ
12 Noyabr 2025
11 Noyabr 2025
10 Noyabr 2025



VI İslam Həmrəyliyi Oyunları: Üç muaytayçımız yarımfinalda 
İdman 21:57 / 12.11.2025

Azərbaycan muaytayçıları VI İslam Həmrəyliyi Oyunları çərçivəsində növbəti döyüşlərini keçiriblər.

Olimpnews.az xəbər verir ki, bu gün keçirilən 1/4 final görüşlərində 4 idmançımız mübarizə aparıb. Təmsilçilərimizdən Əli Əliyev 50-55 kq çəki dərəcəsində özbəkistanlı Xasan Salamova 30:27, Xəyal Əliyev isə 60-65 kq çəki dərəcəsində iranlı Masuod Abdolmaleki 30:27 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Digər idmançımız Səlahəddin Qocazadə isə 65-70 kq çəki dərəcəsində qazaxıstanlı Nurtaza Jumaxanovu 29:28 hesabı ilə məğlub edərək adını yarımfinalçılar sırasına yazdırıb. Yeganə xanım muaytayçımız Emili Rzayeva isə 55-60 kq çəki dərəcəsi üzrə yarışlarda türkiyəli Kubra Kocakuşa 18:20 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yarımfinal görüşləri sabah keçiriləcək.


217 oxunub

InvestAZ