XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



III MDB Oyunları: Cüdo millimiz qarışıq komanda yarışlarının qalibi oldu
İdman 21:09 / 05.10.2025
III MDB Oyunları çərçivəsində keçirilən cüdo yarışlarına yekun vurulub.
Cüdo yarışlarının sonuncu günündə qarışıq komanda yarışları keçirilib. 5 komandanın iştirak etdiyi yarışın qalibi adını Azərbaycan millisi qazanıb. Yarımfinalda Tacikistan komandasına 7:3 hesabı ilə qalib gələn cüdo millimiz həlledici qarşılaşmada Özbəkistan seçməsini 7:4 hesabı ilə məğlub edib. Bununla da komandamız III MDB Oyunlarının qarışıq komanda yarışlarını qızıl medalla başa vurub.
Qeyd edək ki, ötən gün keçirilən fərdi yarışlarda cüdoçularımız 5 qızıl, 7 gümüş və 9 bürünc medal qazanmışdılar.

12147 oxunub

InvestAZ