XƏBƏR LENTİ
18 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
14 Avqust 2019
13 Avqust 2019
12 Avqust 2019
11 Avqust 2019



Sərbəst güləşçilər Türkiyədən medallarla qayıtdılar
İdman 12:19 / 15.07.2019


İstanbulda tanınmış türk pəhləvanı, Olimpiya çempionu Yaşar Doğunun xatirəsinə həsr olunan sərbəst və qadın güləşi üzrə beynəlxalq turnirə yekun vurulub.
İlk yarış günündə sərbəst güləş üzrə yığmamızın 3 üzvü xalça üzərinə çıxıb. Georgi Edişeraşvili gərgin keçən görüşdə italiyalı rəqibinə uduzub. Yığmamızın üzvü iyulun 12-də təsəlliverici görüşdə güləşmək hüququ qazanıb. Türkiyəli güləşçi xalçaya çıxmadığı üçün Edişeraşvili bürünc medal görüşünə vəsiqə qazanıb. Bolqarıstan idmançısını üstələyən Georgi 3-cü yeri tutub. 70 kq-da iki təmsilçimiz mübarizə aparıb. İlk mərhələdə Qazaxıstan idmançısına qalib gələn Murtuzəli Müslimov 1/4 finalda komanda yoldaşı Gitinoməhəmməd Hacıyevi üstələyərək yarımfinala yüksəlib.
Hindistanlı rəqibini də məğlub edən Müslimov adını finala yazdırıb. Hacıyev iyulun 12-də təsəlliverici görüşdən də məğlub ayrılıb. Əvəzində Murtuzəli finalda cəmi 1 dəqiqə ərzində bolqar rəqibini "tuşe" ilə məğlub edərək xatirə turnirinin qalibi olub.
Yarışın ikinci günündə daha iki sərbəst güləşçimiz mübarizəyə qoşulub. Əli Rəhimzadə ilk görüşdə tunisli rəqibinə rahat qalib gəlsə də, ABŞ-dan olan həmkarına müqavimət göstərə bilməyib. Abubakr Abakarov isə debütdə ABŞ-ın digər təmsilçisinə məğlub olub. Ancaq hər iki güləşçimizin rəqibi finala yüksəldiyi üçün yığmamızın üzvləri iyulun 13-də mübarizəni bürünc medal uğrunda davam etdirsələr də, yekunda 5-ci yerlə kifayətləniblər.
Turnirin üçüncü günündə Azərbaycan yığmasının son beş üzvü mübarizəyə qoşulub. Pəhləvanlarımızdan Mahal Novruzov ilk görüşündə Türkiyə təmsilçisinə, digər idmançımız Murad Süleymanov isə komanda yoldaşı Aleksandr Qostiyevə (-86 kq) uduzub. Sonra türkiyəli güləşçiyə qalib gələn Qostiyev yarımfinala yüksəlib. Slovakiya nümayəndəsini də məğlub edən Aleksandr finala vəsiqə qazanıb. Finalda Hindistandan olan rəqibinə qalib gələn gükəşçimiz qızıl medala sahib çıxıb.
Mübarizəyə dörddəbir finaldan qoşulan Şamil Zubairov (-92 kq) da Türkiyə idmançısına qalib gələrək adını yarımfinala yazdırıb. Ancaq növbəti rəqibi olan ABŞ pəhləvanı gənc güləşçimiz üçün keçilməz olub. Beləliklə, Zubairov bürünc medulla kifayətlənib.

603 oxunub

InvestAZ