XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Dünya çempionu "Bavariya"da
İdman 12:55 / 14.07.2019

"Bavariya"  yeni transferi Benjamin Pavarı ictimaiyyətə təqdim edib.
23 yaşlı müdafiəçi yeni klubu ilə 5 illik müqavilə qol çəkib. Xatırladaq ki, ötən mövsüm "Ştutqart"ın formasını geyinən fransalı futbolçu ilə yanvardan razılıq əldə olunmuşdu.
Qeyd edək ki, 2018-ci ildə Rusiyada keçirilən mundialda Fransa millisi ilə çempion olan gənc futbolçu  ötən  mövsüm "Ştutqart”ın heyətində 31 oyunda iştirak edib.

23834 oxunub

InvestAZ