XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Göz yaşlarını saxlaya bilmədi
İdman 16:39 / 11.07.2019

Portuqaliyanın "Benfika" klubunun hücumçusu Jonas Qonsalves Oliveyra futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Braziliyalı hücumçu 35 yaşında butsılarını mıxdan asmağa qərar verib. "Benfika" futbolçu üçün vida mərasimi təşkil edib.
Azarkeşlərlə vidalaşan Jonas göz yaşlarını saxlaya bilməyib.
Braziliyanın "Quarani" klubunun yetirməsi olan Jonas "Santos", "Qremio" və "Valensiya" klublarında da çıxış edib. O, "Benfika"da 2014-2019-cu illərdə 183 oyuna 137 qol vurub. Jonas Braziliya millisində 12 oyun keçirib və 3 dəfə rəqib qapıçıları məyus edib.

42621 oxunub

InvestAZ