XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Azərbaycan Dünya Çimərlik Oyunlarına hazırlaşır
İdman 17:58 / 10.07.2019

Qatarın Doha şəhərində MOKA Dünya Çimərlik Oyunlarına ölkələrin nüməyəndə heyətinin rəhbərlərinin seminarı keçirilir. Tədbirdə bu oyunlarda Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin rəhbəri və Azərbaycanı Milli Olimpiya Komitəsinin idman idarəsinin rəisi Həsənağa Rzayev iştirak edir.
İyulun 11-dək davam edəcək seminar çərçivəsində işritakçı MOK-ların nümayəndələri üçün yaşayış, nəqliyyat, akkreditasiya, qidalanma, yarış obyektlərinin hazırlığı, yarış cədvəli və digər mövzular üzrə məlumat veriləcək. Seminara iştirakçıların yarış obyektlərinə ziyarəti ilə yekun vurulacaq.
Xatırladaq ki, Milli Olimpiya Komitələrinin Assosiyasiyasının Dünya Çimərlik Oyunlarına hazırda Azərbaycandan 7 idmançı vəsiqə qazanıb: Kseniia Levkovska və Rostislav Pevtsov (triatlon), Pənah İlyaslı, İbrahim Yusubov, Kənan Əliyev və Oyan Nazariani (güləş), Roman Heydərov (karate, kata).

19380 oxunub

InvestAZ