XƏBƏR LENTİ
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025



Qəhrəman tək boylanır
İdman 17:26 / 17.01.2025
20 Yanvar faciəsində həlak olan məktəbli İlqar İbrahimovun əziz xatirəsinə

Yanan məşələ doğru,
Qürurla boylanıram.
Xiyabana üz tutub, 
Şəhidləri anıram. 

Asta-asta yeriyib,
Adları oxuyuram. 
Şəhidlərin şəninə, 
Gül-çələng toxuyuram. 

İlqar, Larisa, Vera, 
Tarixin yaddaşında.
Əbədilik qaldılar,
Məktəbli yaşlarında.  

Bəlkə İlqar olardı,
Tanınmış məşhur adam. 
Alim, müəllim, ya da,
İstedadlı bir rəssam...

İgid döyüşçü kimi, 
Qəhrəman da olardı. 
Düşmənin gözlərini, 
Neştər olub oyardı. 

İndi əbədi məşəl, 
Bir tac olub başında. 
Qəhrəman tək boylanır, 
O məktəbli yaşında 


Səbirə Abdullayeva



12248 oxunub

InvestAZ