XƏBƏR LENTİ
24 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026



"Nə qədər çətin olsa da, vidalaşmaq vaxtıdır"
İdman 14:06 / 17.01.2025
Fransanın PSJ klubuna keçən gürcüstanlı hücumçu Xviça Kvaratsxeliya "Napoli"nin düşərgəsini tərk edib. "Nə qədər çətin olsa da, vidalaşmaq vaxtıdır. Mən burada inanılmaz vaxt keçirdim. İnanılmaz hisslər yaşadım", - Kvaratsxeliya sosial şəbəkə hesabında bu sözləri qeyd edib.
Məlumat üçün bildirək ki, Gürcüstan millisinin 23 yaşlı oyunçusu PSJ ilə uzunmüddətli müqavilə imzalayıb.
O, 2022-ci ilin yayında 13,3 milyon avroya Batumi "Dinamo"sundan "Napoli"yə keçib. O vaxtdan bəri o, Neapolitan klubunda 107 oyun keçirib. 30 qol və 29 məhsuldar ötürmə müəllifi olub.

17714 oxunub

InvestAZ