XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



Mahir Əmiraslanov: " Ölkəmizə ilk qızıl medalı qazandırdığım üçün çox sevinirəm”
İdman 22:08 / 26.06.2019
İkinci Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırdığım üçün çox sevinirəm. Bu qələbəni hərbçilərimizə həsr edirəm.
Bu sözləri "olimpiyadunyasi.com” saytına açıqlamasında II Avropa Oyunlarının sərbəst güləş yarışlarının qalibi Mahir Əmiraslanov deyib.
O bildirib ki, bundan sonra da uğurunu davam etdirmək üçün inamla çalışacaq: "Bizə yaradılan şəraitə görə federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Firdovsi Umudovun üzərimdə çox böyük əziyyəti olub. Yarışlara yüksək səviyyədə hazırlaşmışdım. Minsk-2019-da qızıl medal qazanacağıma inanırdım. Ölkəmizə ilk qızıl medalı qazandırdığım üçün çox sevinirəm. İnşallah, bu uğurun ardı gələr və komandamız daha yüksək nailiyyətlər əldə edər”.
Qeyd edək ki, M. Əmiraslanov finalda Stevan Miçiçə (Serbiya) 9:1 hesabı ilə qalib gəlib.




23340 oxunub

InvestAZ