XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Minsk-2019: Snayperimiz ilk günü 27-ci pillədə başa vurub
İdman 17:18 / 26.06.2019
Minskdə keçirilən II Avropa Oyunlarında kişi stend atıcılarının skit yarışları başlayıb. 29 iştirakçı təsnifat mərhələsinin ilk günündə qüvvəsini sınayıb.
Azərbaycan yığmasının üzvü Emin Cəfərov da sərrastlığını yoxlayıb. 65 xal toplayan snayperimiz ilk günü 27-ci yerdə başa vurub. O, yalnız iki rəqibini qabaqlayıb.
Təsnifat mərhələsinin ilk gününün qalibi Tomas Nidrle olub. Çexiyalı 74 xal toplaya bilib.
Qeyd edək ki, təsnifat mərhələsinə sabah yekun vurulacaq.


20401 oxunub

InvestAZ