XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



AVRO-2020-nin bilet satışına start verilir
İdman 10:04 / 12.06.2019


Bu gün 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi saytında turnirin final hissəsinə biletlərin satışına başlanılacaq. UEFA-nın saytında yayımlanan xəbərə görə, biletlərin satışı iyulun 12-dək davam edəcək.
Satış Bakı vaxtı ilə 16:00-dan etibarən başlayacaq və biletlər yalnız onlayn formada satılacaq.
Xatırladaq ki, AVRO-2020-nin oyunları 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək. Turnirin 60 illik yubileyinə həsr olunmuş çempionat 12 şəhərdə baş tutacaq.
Bunlar London, Münhen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt, Amsterdam və Sankt-Peterburqdur.
Bakıda AVRO-2020-nin üç qrup qarşılaşması və dörddə bir finalın bir oyunu baş tutacaq.
Paytaxtımızda baş tutacaq qarşılaşmaları izləmək üçün onlayn satışa çıxarılan birinci kateqoriyalı biletlərin qiyməti 125 avro (250 AZN), ikinci 75 avro (150 AZN), üçüncü isə 30 avrodur (60 AZN).

22839 oxunub

InvestAZ