XƏBƏR LENTİ
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



Beynəlxalq turnirdə uğurla çıxış edən üzgüçülərimiz Vətənə qayıdıblar
İdman 11:33 / 06.06.2023

Üzgüçülük üzrə Azərbaycan millisi böyük uğura imza atıb. Belə ki, iyunun 2-4-də Çexiyanın Praqa şəhərində keçirilən "Çexiya Open Cup 2023” beynəlxalq turnirində milli komandamızın yetirmələri 2 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar. Olimpiya Oyunlarına lisensizya xarakterli yarışda Oqtay Hüseynov 2 qızıl, 2 bürünc, Əbdürrəhman Rüstəmov 1 qızıl, 2 gümüş, Ramil Vəlizadə 1 gümüş, Məryəm Şeyxəlizadəhangah 1 gümüş, Rəşad Alquliyev 1 gümüş qazanmaqla millimiz yüksək nəticələr göstəriblər.

Milli komandamız dünən axşam saatlarında Vətənə dönüb. Hava limanında idmançılarımızı Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və valideynlər qarşılayıb.


21009 oxunub

InvestAZ