XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Pəhləvanlarımız Bişkekdə 5 medal qazandılar
İdman 09:36 / 05.06.2023

İyunun 1-dən 4-dək Qırğızıstanın paytaxtı Bişkekdə güləş üzrə reytinq seriyasının üçüncü mərhələsi keçirilib. "Bişkek Arena”da keçirilən yarışda ölkəmizi 7 güləşçitəmsil edib. Yarışın 2-ci günündə 2 qadın güləşçimiz mübarizə aparıb.
Təmsilçilərimizdən Jalə Əliyeva (57 kq) mükafatçılar sırasında yer alıb. 1/4 finalda çinli Kexin Honqa 1:12 hesabıyla məğlub olan güləşçimiz rəqib finala yüksəldiyi üçün axşam seansında türkiyəli Elvira Kamaloğlu ilə bürünc medal görüşünə çıxıb. Rəqibinə 8:4 hesabıyla qalib gələn Jalə üçüncüyeri tutub.
Yarışın sonuncu günündə 5 sərbəst güləşçimiz mübarizə aparıb. Onlardan dördü mükafatçılar sırasında yer alıb. Pəhləvanlarımızdan Turan Bayramov 74 kq çəki dərəcəsində finalda komanda yoldaşı Cəbrayıl Qadjiyevə qalib gələrək qızıl medala sahib çıxıb. Cəbrayıl Qadjıyev ikinci, bu çəki dərəcəsində qüvvəsini sınayan digər güləşçimiz Xadjimurad Qadjiyev isə üçüncü yeri tutub. Millimizin digər üzvü Abubakr Abakarov (86 kq) isə gümüş medalla kifayətlənib.

Beləliklə, pəhləvanlarımız yarışı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar.

Qeyd edək ki, turnirdə I kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyub.




7303 oxunub

InvestAZ