XƏBƏR LENTİ
17 Noyabr 2025
16 Noyabr 2025
15 Noyabr 2025
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025
11 Noyabr 2025



“Sabah”dan çempionluq üçün daha bir addım
İdman 09:43 / 25.05.2023

Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirilib. "Sabah” və "Gəncə” komandaları "Sərhədçi” İdman Mərkəzində üz-üzə gəliblər. Görüş "Sabah”ın 93:90 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk görüşdə "Sabah", ikinci qarşılaşmada isə "Gəncə" qələbə qazanıb.

Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Mayın 27-də qalib bəlli olmasa, 3 gün sonra beşinci oyun gerçəkləşəcək.


20851 oxunub

InvestAZ