XƏBƏR LENTİ
19 Sentiyabr 2019
18 Sentiyabr 2019
16 Sentiyabr 2019
13 Sentiyabr 2019
17:37
12 Sentiyabr 2019



Azərbaycan gimnastları fərdi proqramda çıxışlarını başa vurublar
İdman 15:22 / 18.05.2019

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı tam gərginliyi ilə davam edir.
Çempionatda dünyanın 35 ölkəsindən gimnastlar mübarizə aparırlar. 
Xatırladaq ki, Bakı bundan əvvəl 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.
Yarışların 3-cü gnünündə böyük gimnastlar fərdi proqramda gürzlər və lentlə çıxış edirlər. Ölkəmizi bu proqramda B qrupunda Zöhrə Ağamirova və Veronika Qudis təmsil edirlər.
Zöhrə Ağamirova gürzlərlə çıxışına görə, hakimlərdən 20,800, lentlə mübarizəyə görə 16,175 xal alıb. İki təsnifat mərhələsinin yekununa əsasən idmançımız gürzlərlə çıxışı görə beşinci, lentlə mübarizəsində 16-cıdır. İdmançımız bundan əvvəl fərdi proqramda halqa ilə hərəkətlərdə finala vəsiqə qazanıb.
Digər gimnastımız Veronika Qudis isə gürzlərlə çıxışına görə 13-cü (18,800 xal), lentlə yarışlara görə 20-ci (15,200) pillədə qərarlaşıb.
Hazırda böyük gimnastların təsnifat mərhələsinin fərdi proqramında gürzlər və lentlə çıxışları davam edir.
Mayın 19-da yekun vurulacaq çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənclərdən ibarət komandalar çıxış edirlər. 
Yarışlara mayın 19-da yekun vurulacaq. 

2589 oxunub

InvestAZ