XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Dünyanın diqqəti Astaraya yönələcək
İdman 11:50 / 16.05.2023
Mayın 20-21-də Astarada qadınlar arasında 3x3 basketbol üzrə dünya qadın seriyasının oyunları keçiriləcək. Turnirdə 3x3 qadın milli komandamızla yanaşı, ikisi klub olmaqla, ümumilikdə, 12 komanda iştirak edəcək. Turnirdə Almaniya, Çin, Polşa, Misir, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriyanın yığma komandaları, Çinin "Yuanda" və yerli "Neftçi" klubları da seriyada mübarizə aparacaqlar. Qeyd edək ki, 3x3 basketbol üzrə dünya qadın seriyasının oyunları Astara şəhər bulvarında keçiriləcək və "CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.


7623 oxunub

InvestAZ