XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024



Afrikanın azərbaycanlı çempionu
İdman 10:53 / 16.05.2023

Azərbaycanın daha bir ağırlıqqaldıranı Tunisdəkeçirilən Afrika çempionatında qızıl medal qazanıb. 7 kq çəki dərəcəsindəyarışan İsa Rüstəmov birdənqaldırma hərəkətində138 kq, təkanla qaldırmada 164 kq çəkini başı üzərinəqaldırıb. İki hərəkətin cəmində302 kq (138+164) nəticəgöstərən idmançı hər üç hərəkətdəbütün rəqiblərini qabaqlayıb. Dahaəvvəl qadınlardan Naziləİsmayılova (45 kq) Afrika çempionu olub. Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelindəİrəvanda keçirilən Avropa çempionatında erməni təxribatı görəiştirak edəbilməməsidir. Tunisdətəşkil olunan yarış da Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır vəBeynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdəqüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası bu təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançıların Tunisdəəldəetdikləri nəticələr Olimpiya təsnifat sistemindəqeydəalınacaq.


7039 oxunub

InvestAZ