XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Azərbaycan Premyer Liqası: açılış oyununda qalib müəyyənləşmədi 
İdman 23:48 / 12.05.2023

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun oyunlarınastart verilib.Turun açılış oyununda "Zirə" "Kəpəz"i qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən matçda qalib müəyyənləşməyib - 1:1. Hesabı ilk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə qonaqlar açıblar. Gəncə təmsilçisindən Yeqor Xvalko fərqlənib. "Qartallar"ın heyətində isə 51-ci dəqiqədə Toni Qomes adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarını 46-ya çatdıran "Zirə" 5-ci pillədə qalıb. 30 xalı olan "Kəpəz" isə 7-cidir.

Qeyd edək ki, turun "Qəbələ" - "Turan Tovuz" və "Səbail" - "Qarabağ" oyunları mayın 13-də, "Neftçi" - "Şamaxı" matçı mayın 14-də, "Sumqayıt" - "Sabah" qarşılaşması isə mayın 17-də keçiriləcək.


8225 oxunub

InvestAZ