XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Yeniyetmə və gənc karateçilərimiz Kiprdə müarizəyə başlayırlar
İdman 11:15 / 03.02.2023

Bu gün Kiprin Larnaka şəhərində yeniyetmə və gənc karateçilər arasında Avropa çempionatına start veriləcək. Avropa çempionatında 48 ölkədən 1114 karateçi iştirak edəcək. Çempionatda ölkəmizi Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və baş katib Camal Murtuzəliyev rəhbərliyi altında təmsil olunacaq. Yeniyetmə və gənclərdən ibarət millinin kumite üzrə baş məşqçisi Anar Allahverdiyev, eləcə də böyük məşqçilər Seymur Xudaverdiyev və Şahin Atamov 14-15 yaşlı yeniyetmələrdə 8 karateçinin, 16-17 yaşlı gənclərdə 9, 21 yaşadək gənclərdə isə 8 idmançının çıxışına üstünlük verib.

Kata üzrə milli komandanın böyük məşqçisi İsmayıl Quliyev 4 idmançını müşayiət edəcək.

Beynəlxalq dərəcəli hakimlərdən Cahangir Babayev, Şahin Xudaverdiyev və Seymur Məmmədov yarışın referiləri arasında olacaq.


8540 oxunub

InvestAZ